Siyarto BYD-də işləmək üçün deputat mandatından imtina edəcək
Far.Az xəbər saytı

Siyarto BYD-də işləmək üçün deputat mandatından imtina edəcək


Macarıstanın sabiq xarici işlər naziri Peter Siyarto milli parlamentin deputatı səlahiyyətlərindən imtina edəcəyini və Çinin BYD avtomobil şirkətində işə başlayacağını elan edib.

"Report" xəbər verir ki, bu barədə P.Siyarto "Facebook" sosial şəbəkəsindəki paylaşımında bildirib.

"Dünya iqtisadiyyatının əsas şirkətlərindən birində beynəlxalq vəzifə tutmaq üçün olduqca nüfuzlu təklif aldığıma görə parlament üzvü səlahiyyətlərimdən imtina etməyim barədə ərizə vermişəm. BYD şirkəti son 20 ildə avtomobil sənayesindəki uğurun ən parlaq nümunələrindən biridir", - P.Siyarto yazıb.

Qeyd edək ki, BYD Avropada elektrik avtomobili istehsalı üzrə ilk zavodunu Macarıstanın Seqed şəhərində inşa edib.

Peter Siyarto isə 2014-cü ilin sentyabrından 2026-cı ilin mayınadək Macarıstanın xarici işlər naziri vəzifəsini tutub.

Oxşar xəbərlər

BYD Bakı Mərkəzinin nümayəndələri "E-Journey 2026" beynəlxalq texnologiya səfərində
İlham Əliyev Zəngilanda inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər