Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?
"Elektron ticarətin geniş yayılması kosmetik məhsulların onlayn satışının həcmini artırıb. Bununla yanaşı, onlayn alış-veriş zamanı məhsulun fiziki vəziyyətini, qablaşdırılmasını, saxlanma şəraitini və təhlükəsizlik göstəricilərini əvvəlcədən qiymətləndirmək mümkün olmadığından istehlakçılar daha diqqətli olmalıdırlar".
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov açıqlayıb.
Onun sözlərinə görə, sanitariya nəzarətinə aid edilən qeyri-ərzaq məhsullarının ölkə ərazisinə idxalı zamanı Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzi tərəfindən gigiyenik sertifikatlaşdırma həyata keçirilir:
"Gigiyenik sertifikat - məhsulun, maddənin, avadanlığın və ya vasitənin qüvvədə olan sanitariya qaydalarına, gigiyena normativlərinə uyğun olduğunu və insan sağlamlığı üçün təhlükəsiz hesab edildiyini təsdiq edən rəsmi sənəddir. Gigiyenik sertifikatın əsas məqsədi insan sağlamlığının qorunması, məhsulların təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığı üçün risk yarada biləcək amillərin qarşısının alınmasıdır. Bununla yanaşı, istehlakçılar, xüsusilə onlayn alış-veriş zamanı məhsulun mənşəyinə, satıcının etibarlılığına və məhsul haqqında məlumatlara xüsusi diqqət yetirməlidirlər. Bu baxımdan istehlakçılara kosmetik məhsulları yalnız istehsalçının rəsmi internet səhifələrindən, rəsmi distribütorlardan və etibarlı satış platformalarından əldə etmələri, məhsul qəbul edilərkən isə qablaşdırmanın bütövlüyünü, seriya (Batch Code) nömrəsini və son istifadə tarixini diqqətlə yoxlamaları tövsiyə olunur. Bununla yanaşı, onlayn satış zamanı bir sıra təhlükəsizlik riskləri də nəzərə alınmalıdır. Rəsmi və etibarlı mağazalardan alış-veriş etdikdə risk çox aşağıdır. Lakin şübhəli saytlardan alınan məhsullar ciddi sağlamlıq problemlərinə yol aça bilər".
O.İmayılov bildirib ki, saxta məhsullarda civə, qurğuşun və ya arsen kimi ağır metalların normadan artıq miqdarda olması istisna edilmir ki, bu da insan sağlamlığı üçün risk yarada bilər:
"Eyni zamanda, məhsulların anbarlarda və ya daşınma zamanı istehsalçı tərəfindən müəyyən edilmiş saxlanma şəraitinə əməl olunmadan əlverişsiz şəraitdə saxlanıldıqda (yüksək temperatur və ya rütubətin təsirinə məruz qalması) onların tərkibinin dəyişməsinə və bakteriyaların çoxalmasına səbəb ola bilər".
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir - CANLI YAYIM
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bytelecom-da alış-veriş Bodruma səyahət imkanı qazandırır
İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxış edib - CANLI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA













