Azərbaycana uçuş həyata keçirən aviaşirkətlər üçün subsidiya mexanizmi tətbiq edilə bilər
Azərbaycana müntəzəm reyslər həyata keçirən aviaşirkətlərin stimullaşdırılması məqsədilə subsidiya mexanizminin işə salınması nəzərdə tutulur.
Bu barədə "Far.Az"a açıqlamasında Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev bildirib.
Onun sözlərinə görə, sözügedən mexanizm hazırlıq mərhələsində olan turizm sahəsi üzrə yeni dövlət proqramında əks olunub.
"Dövlət proqramına Azərbaycana uçuşlar gerçəkləşdirən aviaşirkətlərə yönəlik subsidiya mexanizmini daxil etmişik. Əsas hədəf yeni istiqamətlər üzrə uçuşların başladılmasını və hazırda mövcud olan reyslərin sayının çoxaldılmasını stimullaşdırmaqdır. Beynəlxalq aviaşirkətlər yeni marşrut müəyyənləşdirərkən aeroport yığımları, xidmət haqları, vergi öhdəlikləri və sair məsrəfləri nəzərdən keçirir, daha əlverişli şərtlər irəli sürən ölkələrə üstünlük verirlər. Bir sıra dövlətlər, o cümlədən Özbəkistan fəal subsidiya strategiyası tətbiq edərək aviaşirkətləri, turizm operatorlarını, otelləri və digər turizm sahəsi iştirakçılarını maliyyə baxımından dəstəkləyir. Biz də rəqabətədavamlılığımızı gücləndirmək məqsədilə bu sahədə dəstək mexanizmi formalaşdırmağı nəzərdə tuturuq", - deyə o qeyd edib.
R. Əliyev həmçinin vurğulayıb ki, yeni dövlət proqramında Azərbaycana aşağıbüdcəli ("low-cost") aviaşirkətlərin cəlb edilməsi də əsas prioritet istiqamətlərdən biri olaraq müəyyən olunub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda tanınmış özbək miniatür ustası Cahangir Aşurovun sərgisi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İngiltərə - Argentina oyunu başlayıb
-
İçməli su küçəyə axır - Sakinlərdən şikayət
-
Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR
-
Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik"
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
-
Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır"













