Latviya ölkədə nüvə silahının yerləşdirilməsinə hazır olduğunu açıqlayıb
Far.Az xəbər saytı

Latviya ölkədə nüvə silahının yerləşdirilməsinə hazır olduğunu açıqlayıb


Latviya NATO-nun müvafiq qərarı olacağı təqdirdə ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə hazırdır.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviç Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə danışıqlardan sonra keçirilən brifinqdə bildirib.

"Nüvə silahının yerləşdirilməsi barədə qərar milli maraqlar çərçivəsində və ya NATO-nun kollektiv qərarı əsasında qəbul edilərsə, bu, həyata keçiriləcək", - deyə Rinkeviç bildirib.

O, əlavə edib ki, NATO-nun nüvə çəkindirməsi Rusiyanın nüvə ritorikasından fərqli olaraq müdafiə xarakteri daşıyır.

Həmçinin o qeyd edib ki, Litvadan fərqli olaraq Latviyanın konstitusiyasında nüvə silahının yerləşdirilməsi ilə bağlı məhdudiyyət yoxdur.

Daha əvvəl Litva parlamenti ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın konstitusiyadan çıxarılması ilə bağlı qanun layihəsinə baxmağa başlayıb.

Parlamentin spikeri Yozas Olekas vurğulamışdı ki, aqressiya təhlükəsi, aqressiya halı və ya kollektiv müdafiə vəziyyətində Litva ərazisində nüvə silahının olmasının qarşısını alan konstitusion qadağa dəyişən təhlükəsizlik şəraitinə və Litvanın milli təhlükəsizlik maraqlarına uyğun gəlmir.

Oxşar xəbərlər

İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycanla Latviya arasında 5 sənəd mübadilə edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər