Azərbaycan və "UN-Habitat" WUF13 irsinin həyata keçirilməsinə başlayır
Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) irsinin həyata keçirilməsi müzakirə olunub.
"Far.Az" xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.
Məlumata görə, müzakirələr komitə sədri Anar Quliyevin Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində "UN-Habitat"ın icraçı direktoru Anaklaudia Rossbax ilə görüşündə edilib.
Görüşün əsas müzakirə mövzusunu bu ilin may ayında Bakıda keçirilmiş WUF13 çərçivəsində əldə olunan razılaşmaların davam etdirilməsi və Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlığın növbəti mərhələsinə dair məsələlər təşkil edib.
Tərəflər vurğulayıblar ki, Forum tarixində ən genişmiqyaslı tədbir kimi 176 ölkədən 58 mindən çox iştirakçını bir araya gətirən WUF13 Azərbaycanın təşəbbüsü ilə irəli sürülən bir sıra mühüm yeniliklərlə yadda qalıb. Xüsusilə qeyd olunub ki, Forum çərçivəsində ilk dəfə Liderlər Seqmenti təşkil edilib və bununla dayanıqlı urbanizasiya məsələləri dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri səviyyəsində müzakirə olunaraq qlobal şəhərsalma gündəliyində daha yüksək siyasi əhəmiyyət qazanıb.
Həmçinin bildirilib ki, WUF13 çərçivəsində qəbul edilən qərarlar və irəli sürülən təşəbbüslər gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradıb. "Bakı Fəaliyyətə Çağırış" və "Sədrin Xülasəsi" sənədlərinin qəbulu, "Bakı Şəhərsalma Mükafatı"nın təsis edilməsi, eləcə də yeni beynəlxalq əməkdaşlıq platformalarının formalaşdırılması çoxtərəfli və çoxsəviyyəli tərəfdaşlığın genişləndirilməsinə töhfə verən mühüm nəticələr kimi qiymətləndirilib.
Bu kontekstdə tərəflər WUF13 irsinin davam etdirilməsi, əldə olunan razılaşmaların praktiki icrası və birgə təşəbbüslərin reallaşdırılması üzrə növbəti addımları müzakirə ediblər.
Oxşar xəbərlər
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı
-
İntensiv yağış yağacaq, sel keçəcək - Əhaliyə XƏBƏRDARLIQ
-
Taxıl sahələrindən 2,6 milyon tondan çox məhsul yığılıb
-
Qahirə və Bakı arasında müntəzəm birbaşa aviareyslər açıla bilər
-
DÇ-2026: İngiltərə - Argentina oyunu başlayıb
-
Su fasilələri ən çox Argentinaya fayda verib













