Şahin Mustafayev: Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 2,6 milyard dollara çatıb
Far.Az xəbər saytı

Şahin Mustafayev: Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 2,6 milyard dollara çatıb


Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 2026-cı ilin yeddi ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5% artaraq 2,6 milyard dollara çatıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

Baş nazirin müavini əlavə edib ki, hazırda Azərbaycanda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələri də daxil olmaqla ölkə iqtisadiyyatının müxtəlif sektorlarında 455 Çin şirkəti aktiv şəkildə fəaliyyət göstərir: "Hazırda Azərbaycanla Çinin iri şirkətləri arasında müxtəlif sahələrdə 50-yə yaxın birgə layihə həyata keçirilir".

O qeyd edib ki, Azərbaycan-Çin ticari-iqtisadi əməkdaşlığı sabit inkişaf edir və müsbət dinamika nümayiş etdirir.

"Ticarət əlaqələrinin daha da genişləndirilməsi və Azərbaycan məhsullarının Çin bazarında təşviq edilməsi üzrə ardıcıl iş aparılır. Bu istiqamətdə 2018-ci ildən Çində fəaliyyət göstərən Azərbaycanın Ticarət Nümayəndəliyi, eləcə də ölkənin müxtəlif şəhərlərində yaradılmış altı Azərbaycan ticarət evi mühüm rol oynayır.

Müsbət dinamika investisiya sahəsində də müşahidə olunur. 1995-ci ildən bəri Çindən Azərbaycana birbaşa investisiyaların həcmi 976 milyon dollar təşkil edib. Eyni zamanda, Azərbaycanın Çinə investisiyalarının ümumi həcmi 1,9 milyard dollara çatıb. Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakının genişlənməsi həm də investisiya əməkdaşlığının inkişafının mühüm göstəricisidir", - o bildirib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər