Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb
Far.Az xəbər saytı

Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb


Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

"Far.Az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxud 14,5 % azdır.

Hesabat dövründə avtomobil və onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 13 %-ni təşkil edib.

Xatırladaq ki, 8 ayda Azərbaycan xarici ölkələrlə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 815 milyon ABŞ dolları ixracın, 11 milyard 423 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27,8 % artıb, idxal isə 24,1 % azalıb.

Oxşar xəbərlər

Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
Azərbaycan iki ayda Türk dövlətləri ilə 1,3 milyard dollarlıq ticarət aparıb
Azərbaycanın MDB ölkələrinə ixracı 14 %-ə yaxın artıb, idxalı isə 52 % azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər