Qazaxıstan və Çin 15 milyard dollar dəyərində 70-dən çox saziş imzalayıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Şanxaya (Çin) işgüzar səfəri çərçivəsində çin şirkətləri ilə ümumi məbləği 15 milyard dollardan çox olan 70-dən artıq kommersiya sazişi imzalanıb.
Bu barədə "Report"un Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir.
Onlar süni intellekt və rəqəmsallaşdırma, nəqliyyat infrastrukturu, maliyyə, aqrosənaye kompleksi, maşınqayırma və digər yüksək texnologiyalı sahələri əhatə edir.
Xüsusilə, Qazaxıstanın "Huawei" ilə strateji tərəfdaşlığı, ölkədə "Li Auto", OMODA və JAECOO avtomobillərinin istehsalı, elektromobil infrastrukturunun, süni intellektin və robototexnikanın inkişafı barədə razılıqlar əldə olunub.
Həmçinin Kurık limanında çoxfunksiyalı terminalın birinci mərhələsinin tikintisi, "Data-mərkəzlər vadisi"nin yaradılması, Qazaxıstan-Çin beynəlxalq logistika dəhlizinin inkişafı və iri sənaye layihələrinin həyata keçirilməsi barədə sazişlər imzalanıb.
İmzalanmış sənədlər arasında "Samruk-Kazına" SC ilə "Huawei Technologies" şirkəti arasında texnoloji həllərin və avadanlıqların alınması haqqında saziş; "Qazaxıstanın İnkişaf Bankı" SC ilə "China Central Depository & Clearing Co., Ltd." şirkəti arasında azad ticarət zonasının ofşor istiqrazlarının emitentlərinə xidmətlərin göstərilməsi haqqında saziş; "Qazbot Technologies" və "Agibot PTE" şirkətləri arasında strateji əməkdaşlıq haqqında Saziş və s. var.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
"OMODA & JAECOO" Azərbaycanda rəsmi olaraq təqdim olundu
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Euro NCAP-da 5 ulduz alan Jaecoo artıq rəsmi olaraq Azərbaycanda
HUAWEI MatePad Pro 12.2 2025 - Yeni Nəsil Premium Planşet
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı
-
İntensiv yağış yağacaq, sel keçəcək - Əhaliyə XƏBƏRDARLIQ
-
Taxıl sahələrindən 2,6 milyon tondan çox məhsul yığılıb
-
Qahirə və Bakı arasında müntəzəm birbaşa aviareyslər açıla bilər
-
DÇ-2026: İngiltərə - Argentina oyunu başlayıb
-
Su fasilələri ən çox Argentinaya fayda verib













