Britaniyalı xakerlər Londonun nəqliyyat sisteminə kiberhücuma görə 11 il müddətinə azadlıqdan məhrum ediliblər
Londonun Vulviç Kral Məhkəməsi 2024-cü ildə Londonun nəqliyyat idarəsinə ("Transport for London", TfL) kiberhücum həyata keçirən iki britaniyalı xakeri ümumilikdə 11 il müddətinə azadlıqdan məhrum edib.
"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Agentliyin məlumatına görə, 20 yaşlı Talha Cübeyr və 18 yaşlı Ouen Flauers ötən ay 2024-cü ilin avqust və sentyabr aylarında TfL-in informasiya sistemlərinin sındırılmasında təqsirkar olduqlarını etiraf ediblər.
Etiraf məhkəmə prosesinin ilk günündə edilib. Məlumata görə, TfL-ə edilən kiberhücumun nəticələrinin aradan qaldırılması 29 milyon funt sterlinqə (təxminən 39,2 milyon dollar) başa gəlib.
Bundan əlavə, O.Flauers ABŞ-də iki qeyri-kommersiya səhiyyə təşkilatına edilən kiberhücumlarda da təqsirini etiraf edib. O, ikinci hücum həyata keçirilən zaman saxlanılıb.
Məhkəmə təqsirləndirilən şəxslərin hər birini 5,5 il müddətinə azadlıqdan məhrum edib.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İngiltərə - Argentina oyunu başlayıb
-
Qahirə və Bakı arasında müntəzəm birbaşa aviareyslər açıla bilər
-
Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR
-
İçməli su küçəyə axır - Sakinlərdən şikayət
-
Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik"
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı













