Ukrayna Ali Radası yeni Nazirlər Kabinetinin 16 nazirinin namizədliyini dəstəkləyib - YENİLƏNİB
Far.Az xəbər saytı

Ukrayna Ali Radası yeni Nazirlər Kabinetinin 16 nazirinin namizədliyini dəstəkləyib - YENİLƏNİB


Ukrayna Ali Radası Nazirlər Kabinetinin yenilənmiş tərkibini - ayrıca seçiləcək iki vəzifə - müdafiə və xarici işlər nazirləri istisna olmaqla, 16 nazirin təyinatını dəstəkləyib.

"Far.Az" xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Baş nazirin birinci müavini, energetika naziri Denis Şmıqal, baş nazirin Avropa İnteqrasiya üzrə müavini – Vsevolod Çentsov olub.

Ukrayna daxili işlər naziri İvan Vıqovski, maliyyə naziri isə Sergey Marçenko olub.

Ali Rada Sergey Koretskini Ukraynanın Baş naziri təyin edib.

"Far.Az"un Şərqi Avropa bürosunun məlumatına görə, parlamentin iclasında Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən irəli sürülmüş Koretskinin namizədliyinin lehinə 289 xalq deputatı səs verib.

S.Koretski hökumət başçısı postunda 2025-ci il iyulun 17-dən baş nazir vəzifəsində çalışan Yuliya Sviridenkonu əvəzləyib.

Qeyd edək ki, S.Koretski bu təyinata qədər "Naftoqaz Ukrayna" Milli Səhmdar Şirkətinin İdarə Heyətinin rəhbəri olub.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ali Rada Sergey Koretskini Ukraynanın Baş naziri təyin edib
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər