Naxçıvanda ilk qadın kənd təsərrüfatı kooperativi yaradılıb
Naxçıvan Muxtar Respublikasında "Aqrosahibkar qadınlarla iş" layihəsi çərçivəsində yaradılan "Fermer" İstehsal-İstehlak Qadın Kooperativinin təqdimatı keçirilib.
"Far.Az" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, layihənin koordinatoru Gülbəniz Qənbərova bildirib ki, kooperativ kənd qadınlarının iqtisadi imkanlarının genişləndirilməsi, istehsal potensialının birləşdirilməsi və bazar əlaqələrinin gücləndirilməsi məqsədilə yaradılıb.
Hazırda kooperativ Sədərək, Culfa, Ordubad, Babək və Şərur rayonlarını təmsil edən 32 qadın aqrosahibkarı birləşdirir. Üzvlər heyvandarlıq, taxılçılıq, bağçılıq, meyvəqurutma, quşçuluq, çörək və şirniyyat istehsalı kimi sahələrdə fəaliyyət göstərirlər.
Hazırda kooperativ üzvlərinin istehsal etdiyi 100-dən artıq çeşiddə məhsul yerli bazarlarda, eləcə də Türkiyənin İğdır vilayətində satışa çıxarılır. Bununla belə, kooperativin hələlik vahid ticarət brendi olmadığından məhsullar istehlakçılara digər şirkətlərin markaları altında təqdim edilir. Kooperativin əsas hədəfləri vahid məhsul markasının formalaşdırılması, qablaşdırma və marketinqin təkmilləşdirilməsi, satış bazarlarının genişləndirilməsi, logistika və rəqəmsal satış imkanlarının inkişafı, eləcə də ixrac potensialının artırılmasıdır.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin Kooperativlərin İnkişafı sektorunun müdiri İsrafil Həsənli kooperativin fəaliyyət istiqamətlərini yüksək qiymətləndirib, "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda kooperativlərin inkişafı, kənd yerlərində sahibkarlığın təşviqi və aqrar sahədə dayanıqlı inkişaf üçün nəzərdə tutulan dəstək mexanizmləri barədə məlumat verib.
Təqdimat zamanı "Fermer" İstehsal-İstehlak Qadın Kooperativinin sədri vəzifəsinə Naxçıvanın Əməkdar kənd təsərrüfatı işçisi Mehparə Hüseynova seçilib.
Muxtar Respublikada ilk dəfə yaradılan qadın kənd təsərrüfatı kooperativinin kənd qadınlarının iqtisadi fəallığının artırılmasına, ailə təsərrüfatlarının gəlirlərinin yüksəldilməsinə və aqrar sahənin inkişafına töhfə verəcəyi qeyd olunub.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İngiltərə - Argentina oyunu başlayıb
-
Qahirə və Bakı arasında müntəzəm birbaşa aviareyslər açıla bilər
-
Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
-
Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib
-
Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik"













