Kiyev sammitinin iştirakçıları Moskvanı müharibəni dərhal dayandırmağa çağırıblar
Far.Az xəbər saytı

Kiyev sammitinin iştirakçıları Moskvanı müharibəni dərhal dayandırmağa çağırıblar


Kiyevdə keçirilən 5-ci "Ukrayna – Cənub-Şərqi Avropa" Sammitinin iştirakçıları Ukraynaya dəstəyi təsdiqləyib və Rusiyanın hərəkətlərini pisləyərək Moskvanı müharibəni dərhal dayandırmağa çağırıblar.

"Far.Az" "İnterfaks-Ukrayna" agentliyinə istinadən bildirir ki, bu barədə sammitin yekun bəyannaməsində qeyd olunub.

Sənəddə deyilir: "Biz Rusiyanın Kiyev və Ukraynanın digər bölgələrinə qarşı intensivləşən müntəzəm kütləvi hücumlarını qətiyyətlə pisləyirik. Bu hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır."

Sammit iştirakçıları Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin prioritet olduğunu vurğulayıblar. Bunun üçün müvafiq hava hücumundan müdafiə sistemləri və ballistik raketlərin qarşısını almaq üçün istifadə olunan raketlərin tədarükünün artırılmasının vacibliyi qeyd edilib.

Bəyannamədə həmçinin deportasiya edilmiş və məcburi köçürülmüş Ukrayna vətəndaşlarının, o cümlədən uşaqların geri qaytarılmasına, qanunsuz saxlanılan mülki şəxslərin və hərbi əsirlərin azad edilməsinə, eləcə də Ukraynaya qarşı törədilmiş cinayətlərə görə məsul şəxslərin məsuliyyətə cəlb olunmasına çağırış yer alıb.

Bundan əlavə, sənədi imzalayan tərəflər Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsini, məhdudiyyətlərin dolanılmasının qarşısının alınmasını və təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsini dəstəkləyiblər.

Sənəddə, həmçinin, Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlük prosesi çərçivəsində danışıqların yeni mərhələlərinin açılmasına, eləcə də Ukraynanın NATO-ya üzvlüyünə dəstək ifadə olunub.

Sammitdə Ukrayna Prezidenti Volodimir Zelenski, Albaniya, Yunanıstan, Moldova, Rumıniya, Xorvatiya, Sloveniya, Şimali Makedoniya, Monteneqro və Bolqarıstanın liderləri iştirak ediblər. Görüş Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə keçirilib.

Növbəti "Ukrayna – Cənub-Şərqi Avropa" sammitinin 2027-ci ildə Sloveniyada keçirilməsi planlaşdırılır. Sammit iştirakçıları arasında yekun bəyannaməni imzalamaqdan imtina edən yeganə ölkə Serbiya olub.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Rusiyanın PUA hücumundan sonra Kiyev
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər