Fransa və Almaniyanın Hərbi Hava Qüvvələri təlim keçirəcəklər
Far.Az xəbər saytı

Fransa və Almaniyanın Hərbi Hava Qüvvələri təlim keçirəcəklər


Almaniya və Fransa martda nüvə çəkindirməsi sahəsində əməkdaşlıq haqqında əldə edilən razılaşma çərçivəsində ilk dəfə Hərbi Hava Qüvvələrinin təlimlərini keçirəcəklər.

"Report" xəbər verir ki, bu barədə "Die Zeit" nəşri məlumat yayıb.

Məlumata görə, Nörvenix (Almaniya Şimali Reyn-Vestfaliya federal ərazisi) hava bazasında keçirilən manevrlər zamanı Fransanın iki "Rafale" və Almaniyanın da eyni sayda "Eurofighter" qırıcıları təlimin birinci mərhələsinin bir hissəsi olaraq yanacaq doldurma təlimi keçiriblər.

Nörvenixdəki əməliyyat Almaniya və Fransa arasında (Almaniya kansleri Fridrix) Merts və (Fransa Prezidenti Emmanuel) Makronun martın əvvəlində razılaşdıqları nüvə tərəfdaşlığının başlanğıcını qeyd edir", - nəşr yazır.

Bundan sonra Almaniya və Fransa hərbi personalı hər iki ölkənin təyyarələrində texniki xidmət işləri aparacaqlar.

Qeyd edək ki, təlimlər bu gün Nörvenix yaxınlığındakı Bensberq qəsrində Almaniya kansleri ilə Fransa Prezidenti arasında keçiriləcək görüşdən əvvəl keçirilir. İyulun 17-də Merts və Makron aviabazanın özündə keçiriləcək Fransa-Almaniya Müdafiə və Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcəklər. Danışıqların mövzularından biri iki ölkə arasında nüvə silahlarından çəkindirmə sahəsində əməkdaşlıq olacaq.

Oxşar xəbərlər

İlham Əliyev və Peter Pelleqrini Bratislavada Devin qəsrində olublar
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
FHN-in Bakı Regional Mərkəzi kompleks mülki müdafiə təlimi təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər