İsmayıllının dilbər guşəsi: Dağların qoynunda unudulan məkan
Far.Az xəbər saytı

İsmayıllının dilbər guşəsi: Dağların qoynunda unudulan məkan


Baku TV İsmayıllının ən qədim yaşayış məntəqələrindən biri olan, meşəlik ərazidə yerləşən Əhən kəndi haqqında reportaj hazırlayıb.

Dağların qoynunda yerləşən kənd dəniz səviyyəsindən təxminən 1540 metr yüksəklikdədir.

İsmayıllı şəhər mərkəzindən təxminən 30 kilometr aralıda yerləşən Əhən vaxtilə rayonun ən varlı kəndlərindən biri olub.

Kənd sakinləri bildirirlər ki, Lahıc və Əhən sakinləri eyni kökə mənsubdur, lakin zamanla ləhcələrində müəyyən fərqlər yaranıb:

"Yazılı dil olmadığından və kəndlər bir-birindən uzaq yerləşdiyindən danışıqda zamanla fərqliliklər əmələ gəlib. Sovet dövründə Əhən ən varlı kəndlərdən biri idi. Sakinlər əsasən təsərrüfatla məşğul olur, qoyunçuluq geniş inkişaf edirdi. Son illər gənclərin kənddən köçməsi təsərrüfatın zəifləməsinə səbəb olub. Vaxtilə kənddə 15-16 min qoyun olduğu halda, hazırda bu rəqəm 3 minə düşüb".

Kənd sakinlərinin hazırda əsas istəyi infrastruktur problemlərinin həll edilməsidir. Onların sözlərinə görə, illərdir verilən vədlərə baxmayaraq, hələ də kənddə qaz yoxdur: "Deyirlər ki, kəndə qaz xətti çəkiləcək. Artıq yeddi-səkkiz ildir gəlib ölçü aparırlar, lakin işlər hələ də yekunlaşmayıb. Bununla yanaşı, əsas çətinliklərimizdən biri də yol problemidir".

Oxşar xəbərlər

Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Xankəndidə "Kənddən Şəhərə" Novruz yarmarkası keçirilir
İki ordu arasında qalan Ukraynanın xaraba kəndlərindən - FOTOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər