MTK nümayəndəsinin "problem yoxdur" cavabına sakinlərdən SƏRT REAKSİYA
Far.Az xəbər saytı

MTK nümayəndəsinin "problem yoxdur" cavabına sakinlərdən SƏRT REAKSİYA


"Olympus Botanic Garden" şirkəti 2021-ci ildə paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 172 ünvanında iki çoxmərtəbəli binanın tikintisinə başlayıb.

Baku TV-nin məlumatına görə, sakinlərə mənzillərin 2023-cü ildə təhvil veriləcəyi vəd olunsa da, artıq 2026-cı ildir və tikinti işləri hələ də tam yekunlaşmayıb.

Buna baxmayaraq, bəzi vətəndaşlar məcburiyyət qarşısında yarımçıq binaya köçərək yaşamağa başlayıblar. Sakinlərin sözlərinə görə, binalarda yaşayış üçün normal şərait yoxdur və çoxsaylı problemlər mövcuddur.

"Binaya yanvar ayında köçmüşük, lakin tikinti hələ də başa çatmayıb. İkinci binada elektrik xətləri çəkilmədiyindən "Azərişıq" ASC sayğac quraşdıra bilmir. Bu da bizi böyük borc yükü ilə üz-üzə qoyur. Hətta aşağı mərtəbələrin pəncərələri belə quraşdırılmayıb. Kanalizasiya sistemi və qrunt sularının axıdılması üçün nəzərdə tutulan kanallar yararsız vəziyyətdədir", - deyə sakinlərdən biri bildirib.

Digər sakin isə binada uşaqların təhlükəsizliyi üçün heç bir şəraitin olmadığını vurğulayıb: "Vəziyyət acınacaqlıdır. Uşaqlar evdə sanki həbs həyatı yaşayırlar. Təhlükəsizlik təmin edilməyib, şaxta qapıları belə yoxdur. Uşaq oraya düşüb xəsarət alsa, bunun məsuliyyətini kim daşıyacaq? Şirkətdə əlaqə saxlaya biləcəyimiz məsul şəxs tapılmır. Dəfələrlə müraciət etsək də, heç kim bizimlə görüşmür".

Mənzil-Tikinti Kooperativinin (MTK) nümayəndəsi Azər Çələbiyev isə binada ciddi problemin qalmadığını iddia edib: "Orada böyük problem yoxdur. Sadəcə, həyətin abadlaşdırılması işləri başa çatmayıb. Həyət düzəldiləcək, vəssalam".

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər