Ana və qızı eyni anda məzun oldular: "Ailə qurmuşdum deyə təhsilim yarımçıq qalmışdı"
Far.Az xəbər saytı

Ana və qızı eyni anda məzun oldular: "Ailə qurmuşdum deyə təhsilim yarımçıq qalmışdı"


Bu dəfə məzun libasını təkcə övladlar deyil, analar da geyiniblər. Eyni vaxtda məzun olan ana-bala - Aygün Qasımova və qızı Nərminə Qasımova təhsil müddətində bir-birinə dəstək olub, indi isə diplom sevincini birlikdə yaşayırlar.

Baku TV-nin məlumatına görə, Aygün Qasımova uzun illərdir ali təhsil almaq arzusunda olduğunu deyir:

"11-ci sinfi bitirəndə universitetə sənəd vermişdim. Atam çox istəyirdi ki, riyaziyyatçı olum. Birinci ixtisas qrupunu seçmişdim və topladığım bal Azərbaycan Texniki Universitetinə qəbul olmağa imkan verirdi. Amma atam özü kimi Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat ixtisası üzrə təhsil almağımı arzulayırdı. Sonra ailə qurdum və oxumaq arzum yarımçıq qaldı. Əslində, təhsil almaq həvəsim heç vaxt ölməyib. Üç qızım var və onların dərsləri ilə daim özüm məşğul olmuşam. Qızım universitetə hazırlaşanda mənim üçün də fürsət yarandı. Həyat yoldaşım bildirdi ki, oxumaq istəyirəmsə, mənə tam dəstək olacaq".

Nərminə Qasımova isə 2022-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə 638.4 balla qəbul olunduğunu bildirib: "Anam məndən daha çox, gecə-gündüz çalışırdı. Düzünü desəm, mən onun qədər çox oxumamışam. Mən iki-üç il hazırlaşmışdım, anam isə mən 11-ci sinifdə oxuyanda cəmi beş-altı ay ərzində hazırlaşdı. Səhərlər çox erkən oyanıb birlikdə dərs oxuyurduq. Çünki səhər saatlarında hazırlaşmaq daha effektiv olurdu".

Oxşar xəbərlər

Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər