ABŞ-nin Bəndər-Xomeynini vurması nəticəsində ölənlərin sayı artdı
İranın cənubunda yerləşən Hörmüzqan əyalətində ABŞ Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi hücumlar azı səkkiz mülki şəxsin ölümü ilə nəticələnib.
BAKU.WS xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, ABŞ qırıcıları Hörmüzqan vilayətində bir sıra obyektləri hədəfə alıb. Bununla yanaşı, Sistan və Bəlucistan əyalətinin Çabahar limanında yerləşən müşahidə qülləsi istiqamətində üç raket buraxılıb.
Bütövlükdə ABŞ-nin İrana qarşı təşkil etdiyi silsilə hücumlar nəticəsində 38 nəfər həlak olub. Aralarında qadınların və azyaşlıların da olduğu 400-dən çox şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"RİA Novosti"nin məlumatında qeyd edilir ki, gərginləşən münaqişənin fəsadları olduqca böyük miqyas alıb. İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüseyn Kermanpur ölənlərin və yaralananların sayının artdığını təsdiqləyib.
Kermanpur sosial şəbəkə hesabında qeyd edib ki, həlak olanlardan üçü qadın, yaralılardan isə 22-si qadın və doqquzu azyaşlıdır.
Oxşar xəbərlər
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Şuşada "8 Noyabr - Zəfərin təntənəsi" adlı silsilə tədbirlər keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İçməli su küçəyə axır - Sakinlərdən şikayət
-
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
-
SOCAR istehsalatda süni intellekt texnologiyalarının tətbiqini genişləndirəcək - EKSKLÜZİV
-
Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır"
-
Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik"
-
Quzu əti niyə fərqli qiymətlərə satılır













