Vaqif Poeziya Günləri Şuşada davam edir
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Qazaxda başlanan Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımız Şuşada davam edir.
BAKU.WS xəbər verir ki, poeziya bayramı çərçivəsində iyulun 17-də "Sözün aşığı, sazın aşiqi" adlı musiqili-ədəbi tədbir təşkil olunub.
Tədbir Azərbaycan saz-söz sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin (1821-1926) vəfatının 100-cü ildönümünə həsr edilib.
Tədbirdə çıxış edən Aşıq Ələsgərin kötücəsi Aysel Zahidqızı belə bir zəngin irsin daşıyıcısı olmağın üzərinə böyük məsuliyyət qoyduğunu bildirib. O, ustad sənətkarın irsini layiqincə təqdim etməyə çalışdığını vurğulayıb. Müəllifi olduğu "Sazın, sözün aşiqi" və "Sarı köynək" kitabları haqqında məlumat verən A.Zahidqızı uşaqlıq illərindən evlərində daim saz sədasının eşidildiyini və belə bir yaradıcı mühitdə böyüdüyünü diqqətə çatdırıb.
Aşıq Ələsgərin nəticəsi Zahid Göyçəli isə çıxışında Molla Pənah Vaqifin həyat və yaradıcılığının iki mühüm dövrünü – Qazax və Qarabağ mərhələlərini xatırladıb.
Tədbirin bədii hissəsində aşıqların ifasında Dədə Ələsgərin yaradıcılığı əsasında musiqi nümunələri səsləndirilib.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakı Kitab Mərkəzində "Zəfər sevinci" adlı musiqili-ədəbi gecə keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
-
SOCAR istehsalatda süni intellekt texnologiyalarının tətbiqini genişləndirəcək - EKSKLÜZİV
-
Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır"
-
Quzu əti niyə fərqli qiymətlərə satılır
-
Tərtərdə ağır qəza: Sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti çıxarıldı
-
UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəlib













