İran Səudiyyə Ərəbistanına ballistik raket atıb, ABŞ hərbi obyektlərinə zərbələr endirib
Far.Az xəbər saytı

İran Səudiyyə Ərəbistanına ballistik raket atıb, ABŞ hərbi obyektlərinə zərbələr endirib


İranın Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazasına ballistik raket buraxdığı ehtimal olunur.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid ABŞ administrasiyasındakı nümayəndəyə istinadən X sosial şəbəkəsində məlumat verib.

"İran Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazasına ballistik raket buraxıb", - deyə o yazıb və əlavə edib ki, bu, "təxminən dörd aydan sonra İranın Səudiyyə Ərəbistanına qarşı ilk birbaşa zərbəsidir".

İran İslam İnqilabı Keşikçiləri Korpusu isə (SEPAH) Küveyt ərazisindəki ABŞ hərbi obyektlərinə uğurlu zərbələr endirdiyini bildirib.

"Pilotsuz uçuş aparatları Əl-Udeyri düşərgəsindəki sursat anbarına, Əli əs-Salim aviabazasındakı qərargah binasına və mərmi anbarına, həmçinin Küveytdəki bir neçə rabitə qovşağına zərbələr endirib", - deyə bəyanatda vurğulanıb.

SEPAH həmçinin İordaniyadakı ABŞ hərbi obyektlərinə də uğurlu zərbələr endirildiyini açıqlayıb:

"Pilotsuz uçuş aparatları İordaniyadakı Əl-Əzraq bazasında yanacaq çənlərinə də zərbələr endirib".

Əl-Əzraq regiondakı ABŞ-ın əsas bazalarından biri hesab olunur.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Barak Ravid: SEPAH Hörmüz boğazında gəmiləri raket atəşinə tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər