Manilada ASEAN ölkələrinin XİN başçılarının silsilə görüşlərinə start verilib
Far.Az xəbər saytı

Manilada ASEAN ölkələrinin XİN başçılarının silsilə görüşlərinə start verilib


Filippinin paytaxtı Manilada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin görüşü çərçivəsində silsilə tədbirlərə start verilib.

"Report" xəbər verir ki, ASEAN ölkələrinin xarici işlər nazirlərinin əsas iclası 21 iyulda keçiriləcək. 24 iyuladək Manilada assosiasiyanın tərəfdaşları, o cümlədən Rusiya, Çin və ABŞ-ın iştirakı ilə danışıqlar, həmçinin Şərqi Asiya Sammitinə üzv ölkələrin XİN başçılarının iclası baş tutacaq.

Bundan əlavə, tədbir iştirakçıları 1976-cı ildə imzalanmış Cənub-Şərqi Asiyada Dostluq və Əməkdaşlıq Müqaviləsinin 50 illiyini qeyd edəcəklər.

Filippin Xarici İşlər Nazirliyinin ASEAN məsələləri üzrə nümayəndəsi Daks İmperialın sözlərinə görə, görüşün gündəliyinə regional təhlükəsizlik, eləcə də enerji əməkdaşlığı, o cümlədən ASEAN-ın neft sənayesində təhlükəsizlik haqqında sazişinin ratifikasiyası məsələsi daxil edilib.

Tədbirlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Çinin xarici işlər naziri Van İ, ABŞ dövlət katibi Marko Rubio, həmçinin Yaponiya, Hindistan, Yeni Zelandiya və Avropa İttifaqının nümayəndələrinin iştirakı gözlənilir.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər