ABŞ senatoru Lindsi Qrem vəfat edib
Far.Az xəbər saytı

ABŞ senatoru Lindsi Qrem vəfat edib


ABŞ-nin Cənubi Karolina ştatını təmsil edən respublikaçı senator Lindsi Qrem 71 yaşında dünyasını dəyişib.

Far.Az xəbər verir ki, bu barədə senatorun ofisi sosial media hesabında yaydığı açıqlamada məlumat verib.

Bildirilib ki, Lindsi Qrem iyulun 11-də qısamüddətli və qəfil xəstəlik nəticəsində vəfat edib.

Açıqlamada ailəsinin bu ağır günlərdə göstərilən dəstəyə görə minnətdar olduğu, eyni zamanda şəxsi həyatlarına hörmətlə yanaşılmasını xahiş etdiyi qeyd olunub.

Lindsi Olin Qrem 2003-cü ildən etibarən ABŞ Senatında Cənubi Karolina ştatını təmsil edirdi. O, 2019-cu ildən Senatın Məhkəmə Komitəsinə rəhbərlik edib, 2025-ci ilin yanvarından isə Senatın Büdcə Komitəsinin sədri vəzifəsini icra edirdi.

Qeyd edək ki, Lindsi Qrem 2019-cu ildə ABŞ Senatında 1915-ci il hadisələrinin formal şəkildə "ermənilərin soyqırımı" kimi tanınmasını nəzərdə tutan 150 nömrəli qətnamənin qəbulunun qarşısını alan senatorlardan biri olmuşdu.

Oxşar xəbərlər

Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Senator Lindsi Qrem vəfat edib
2025-ci ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər