Tramp Kanadaya qarşı rüsumların artırıla biləcəyini açıqlayıb
Far.Az xəbər saytı

Tramp Kanadaya qarşı rüsumların artırıla biləcəyini açıqlayıb


ABŞ Prezidenti Donald Tramp bildirib ki, meşə yanğınlarından yayılan tüstünün bir sıra Amerika şəhərlərində havanın keyfiyyətini pisləşdirməsi səbəbindən Vaşinqton Kanadaya qarşı gömrük rüsumlarını artıra bilər.

"Far.Az" xəbər verir ki, o, bununla bağlı bəyanatı Truth Social sosial şəbəkəsində yayımlayıb.

Trampın sözlərinə görə, Kanada hakimiyyəti meşələrin vəziyyətinə lazımi nəzarəti təmin etmir və nəticədə tüstü hər il ABŞ ərazisinə yayılır.

ABŞ lideri bildirib ki, vəziyyəti müzakirə etmək və Ottavanın yanğınlarla mübarizə üçün hansı tədbirlər gördüyünü öyrənmək məqsədilə Kanada Baş naziri Mark Karni ilə danışmaq niyyətindədir.

Tramp həmçinin qeyd edib ki, havanın çirklənməsi ilə bağlı ABŞ-ın çəkdiyi xərclər Kanada mallarına tətbiq olunacaq rüsumların həcmi müəyyən edilərkən nəzərə alınmalıdır.

Daha əvvəl bildirilib ki, Kanadadakı meşə yanğınlarından yayılan tüstü Nyu-York, Vaşinqton, Çikaqo və Detroyt şəhərlərini əhatə edib. Kanada hakimiyyətinin məlumatına görə, ölkədə təxminən 900 meşə yanğını qeydə alınıb və onların 100-dən çoxu hələ də nəzarət altına alınmayıb.

Oxşar xəbərlər

Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər