Serbiya NASA-nın "Artemis" kosmik proqramına qoşulub
Serbiya NASA-nın "Artemis" kosmik proqramına qoşulub.
Serbiya Xarici İşlər Nazirliyindən "Far.Az"un Balkan bürosuna verilən məlumata görə, nazir Marko Curiç Vaşinqtonda NASA-nın mənzil-qərargahında bu proqrama qoşulmağı nəzərdə tutan sazişi imzalayıb.
M. Çuriç vurğulayıb ki, bu addım Serbiyanın beynəlxalq hüquqa hörmət, elmi tərəqqi və dövlətlərin kosmosun tədqiqi sahəsində birgə fəaliyyətinə sadiqliyinin təsdiqidir.
Nazir bildirib ki, "Artemis" sazişləri 1967-ci ildə qəbul edilmiş, dövlətlərin kosmosun, o cümlədən Ayın və digər səma cisimlərinin tədqiqi və istifadəsi üzrə fəaliyyətini tənzimləyən Prinsiplər haqqında Müqaviləyə, eləcə də onilliklərdir kosmosun dinc məqsədlərlə tədqiqini istiqamətləndirən beynəlxalq kosmik hüquq sisteminə əsaslanır.
XİN başçısı bəyan edib ki, Serbiya kosmik dövlət olmasa da, ölkə kosmosun tədqiqi tarixində mühüm yer tutur.
"Serbiya elmə, texnologiyaya və innovasiyalara investisiya qoymağa davam edir və "Artemis" proqramına üzvlük ölkənin elmi-tədqiqat institutları, universitetləri, şirkətləri və gənc tədqiqatçıları üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq baxımından yeni imkanlar yaradacaq", - deyə o qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
"Artemis II" missiyası rekord qırdı: Astronavtlar Ayın cazibə zonasına daxil oldu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sərxoş halda 150-dən çox qoyunu oğurlayan şəxs anlaqsız sayıldı - MƏHKƏMƏ
-
ABŞ İrana gedən üç ticarət gəmisini ələ keçirdiyini açıqlayıb
-
Zeynəbin axtarışları nəticə vermir - "Qayalıqlar və balıqçı torları işi çətinləşdirir"
-
Qurban Qurbanov şok qərar verib - UZAQLAŞDIRILDI
-
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
-
ChatGPT 1 milyard aylıq istifadəçiyə çatan ən sürətli tətbiq oldu













