ChatGPT 1 milyard aylıq istifadəçiyə çatan ən sürətli tətbiq oldu
Far.Az xəbər saytı

ChatGPT 1 milyard aylıq istifadəçiyə çatan ən sürətli tətbiq oldu


OpenAI-nin hazırladığı ChatGPT daha bir mühüm rekorda imza atıb.

Far.Az xəbər verir ki, Sensor Tower analitik şirkətinin məlumatına əsasən, platforma 2026-cı ilin may ayında 1 milyard aylıq aktiv istifadəçi həddini keçərək bu göstəriciyə ən qısa müddətdə çatan tətbiq olub.

Məlumata görə, ChatGPT bu nəticə ilə Google Maps, TikTok, Instagram və YouTube kimi məşhur platformaları geridə qoyub.

Hesabatda qeyd olunur ki, süni intellekt bazarında rəqabət getdikcə güclənir. OpenAI istifadəçi sayı baxımından lider mövqeyini qorusa da, Anthropic şirkətinin Claude platforması artım tempinə görə diqqət çəkir. 2026-cı ilin ikinci rübündə Claude-un aylıq aktiv istifadəçi sayı 56 milyona çatıb və platforma son bir ildə 640 faiz artım nümayiş etdirib. Eyni dövrdə ChatGPT-nin illik istifadəçi artımı 62 faiz olub.

Bundan əlavə, məlumatda OpenAI və Anthropic şirkətlərinin yaxın dövrdə IPO (birjaya çıxış) prosesinə hazırlaşdığı da bildirilir.

Oxşar xəbərlər

Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada
2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər