Belçika İsrailin nəzarətindəki Fələstin ərazilərindən məhsulların idxalına qadağanı təsdiqləyib
Far.Az xəbər saytı

Belçika İsrailin nəzarətindəki Fələstin ərazilərindən məhsulların idxalına qadağanı təsdiqləyib


Belçika Nazirlər Şurası Fələstindəki İsrail məskənlərindən məhsulların idxalına qadağanı təsdiqləyib.

"Report"un "Euractiv"ə istinadən məlumatına görə, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo bildirib.

Qeyd olunub ki, bu tədbir ilk olaraq ötən yayın sonunda İsrailin Qəzza zolağındakı intensiv hərbi kampaniyasına cavab olaraq irəli sürülüb.

Malların və onlarla əlaqəli texnologiyaların idxalı, ixracı və tranzitini tənzimləyən müvafiq düzəlişlər 30 dekabr 1993-cü il tarixli kral fərmanına ediləcək.

Dəqiqləşdirilib ki, İsrailin işğal etdiyi Fələstin ərazilərində, yəni Şərqi Qüds daxil olmaqla, İordan çayının Qərb sahilində və Qəzza zolağında yerləşən İsrail məskənlərindən gələn mallar üçün xüsusi qaydalar tətbiq edilir.

Qəbul edilmiş tədbir mövcud ilkin icazə sistemi çərçivəsində həyata keçiriləcək və beləliklə, qüvvədə olan lisenziya, nəzarət və sanksiyalar sisteminə şamil ediləcək. Bu ilkin icazə mexanizmi "sənədlər malların işğal olunmuş Fələstin ərazisindəki İsrail məskənindən gəldiyini göstərərsə və ya belə bir əsaslı fərziyyə yaranarsa, hər hansı idxal icazəsindən müntəzəm imtina edilməsini" nəzərdə tutur.

Qanun layihəsi 120 günlük keçid dövrünü nəzərdə tutur.

Xatırladaq ki, iyulun 13-də Avropaİttifaqı (Aİ) Xarici İşlər Şurasının iclasında Aİ ölkələrinin xarici işlər nazirləri beynəlxalq hüquqa əsasən qanunsuz sayılan İordan çayının Qərb sahilindəki İsrail məskənlərinə qarşı ticarət məhdudiyyətlərinin tətbiqini səs çoxluğu ilə dəstəkləyiblər. Ən çox dəstəyi oradan malların idxalına tam qadağa qoyulması variantı alıb, lakin konsensusun olmaması səbəbindən hələlik yekun qərar qəbul edilməyib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər