Rusiya ordusu Zaporojyeyə zərbələr endirdi: Ölənlər və yaralananlar var
Rusiya ordusu iyulun 15-də Ukraynanın Zaporojye zərbələr endirib. İlkin məlumatlara görə, iki nəfər ölüb, daha doqquz şəhər sakini yaralanıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov məlumat yayıb.
Onun sözlərinə görə, yaralılardan üçünün vəziyyəti ağırdır.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Rusiya nınzərbəsi nəticəsində bir ünvanda çoxmərtəbəli yaşayış binası zədələnib və avtomobillər yanıb. Partlayış dalğası yaxınlıqdakı evlərə və maşınlara ziyan vurub. Digər ünvanda isə müəssisə ərazisində yanğın baş verib.
Qeyd edək ki, iyulun 15-nə keçən gecə Rusiya ordusu Sumı, Çerniqov, Xarkov, Donetsk vilayətlərinə hücum edib, Odessa və Xarkova zərbələr endirib. Hücumlar nəticəsində ölən və yaralananlar olub, çoxsaylı dağıntılar qeydə alınıb.
Oxşar xəbərlər
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
FHN nizamsız park edilən maşınlara görə Bakıda "yanğın olan ərazi"yə girə bilmədi
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Rusiya Kiyevə raket zərbələri endirdi: Ölənlər və yaralananlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













