Nyu-Yorkda Bakı Davamlılıq Koalisiyası çərçivəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Nyu-Yorka işgüzar səfər çərçivəsində Braziliyanın Şəhərlər naziri Antônio Vladimir Moura Lima ilə görüşüb.
"Far.Az" xəbər verir ki, görüş zamanı Azərbaycan, Braziliya, Misir və BƏƏ-nin birgə təşəbbüsü ilə yaradılmış Bakı Davamlılıq Koalisiyası çərçivəsində əməkdaşlığın genişləndirilməsi və birgə təşəbbüslərin növbəti mərhələsi müzakirə mövzusu olub.
A.Quliyev Braziliyanın WUF13-də geniş təmsil olunmasını, qlobal şəhərsalma dialoquna verdiyi töhfəni və Azərbaycanda keçirilən Milli Şəhərsalma Forumlarında ardıcıl iştirakını yüksək qiymətləndirdiyini bildirib.
Komitə sədri ölkələrimiz arasında səmərəli əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
-
ABŞ ordusu İrana aviazərbələr endirib













