Vaşinqton Körfəz ölkələrindən maliyyə dəstəyi gözləyir
Far.Az xəbər saytı

Vaşinqton Körfəz ölkələrindən maliyyə dəstəyi gözləyir


ABŞ dövlət katibi Marko Rubio bildirib ki, bir neçə Körfəz ölkəsi Vaşinqtonun Hörmüz boğazından keçən gəmiçiliyin təhlükəsizliyini təmin etməsi müqabilində ABŞ-yə investisiya qoymağa söz verib.

"Report"un məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

O, ABŞ-ın beynəlxalq gəmiçiliyin qorunması üçün lazımi tədbirləri görməyə davam edəcəyini, lakin digər ölkələrin də maliyyə yükünün bir hissəsini öz üzərinə götürməli olduğunu söyləyib.

"Amerika Birləşmiş Ştatları beynəlxalq gəmiçiliyin qorunması üçün lazım olan hər şeyi etməyə davam edəcək, lakin digər ölkələr bu yükün öhdəsindən gəlmək üçün ya resurslar, ya da maliyyələşdirmə təmin etməlidirlər. Bütün planet üçün gəmiçiliyi əbədi olaraq qorumaq ABŞ-ın işi deyil. Bu cür investisiyaların bəziləri üçün artıq öhdəliklər verilib, digərləri isə gələcəkdə öhdəliklər götürəcəklər", - deyə o bildirib.

Dövlət Departamentinin rəhbəri həmçinin qeyd edib ki, region ölkələrinin bu cür investisiya öhdəliklərini yerinə yetirə bilməsi üçün neft və qaz ixracından gəlir əldə etmələri lazımdır.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər