ABŞ İrana qarşı yeni hava zərbələrinə başlayıb
Far.Az xəbər saytı

ABŞ İrana qarşı yeni hava zərbələrinə başlayıb


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisindəki hərbi hədəflərə qarşı yeni zərbələr seriyasına başladığını açıqlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə CENTCOM-un X sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib.

"ABŞ qüvvələri bu gün Şərq vaxtı ilə saat 17:30-da (Bakı vaxtı ilə 01:30 - Qeyd) Ali Baş Komandanın göstərişi ilə İranın hərbi hədəflərinə qarşı yeni zərbələr endirməyə başlayıb. Əməliyyat İranın bölgə sularında hərəkət edən mülki dənizçilər və kommersiya gəmiləri üçün təhdid yaratmaq imkanlarını daha da zəiflətmək məqsədilə davam etdiriləcək", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, İranın Bəndər-Mahşəhr limanı ətrafında, Sirik, Ramşir, Buşehr və Əhvaz şəhərlərində silsilə partlayışlar baş verib.

Oxşar xəbərlər

FHN silsilə maarifləndirmə tədbirləri keçirib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər hava zərbələrinə məruz qalıb
Şuşada "8 Noyabr - Zəfərin təntənəsi" adlı silsilə tədbirlər keçirilir
"Fars": ABŞ-nin İrana zərbələri nəticəsində 7 nəfər ölüb, xəsarət alanlar var – YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər