ABŞ rəsmisi: Nikaraqua Kuba ilə oxşar enerji böhranı ssenarisi ilə üzləşə bilər
ABŞ administrasiyası hesab edir ki, Nikaraqua Kuba ilə oxşar genişmiqyaslı enerji böhranı ilə üzləşə bilər.
"Far.Az"un xarici mediaya istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində keçirilən dinləmələr zamanı bildirib.
Onun sözlərinə görə, mümkün böhran Rusiya və Venesueladan enerji daşıyıcılarının tədarükü ilə bağlı problemlər səbəbindən yarana bilər. Uolts əlavə edib ki, Vaşinqton Venesuelada Rusiya, İran, Çin və Kubanın mövcudluğunun azaldılması istiqamətində fəaliyyətini davam etdirir.
ABŞ-ın BMT-dəki nümayəndəsi, həmçinin Kubaya qarşı ticarət-iqtisadi blokadanın mövcud olması ilə bağlı fikirləri rədd edib. O bildirib ki, blokada anlayışına yalnız ABŞ hərbi gəmilərindən ibarət "adanı əhatə edən halqa" aid edilə bilər.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib













