Yeni Dehlidə polis və nümayişçilər arasında toqquşma baş verib
"Cockroach Janta Party" (CJP) gənclər hərəkatının Hindistan parlamentinə yürüşü zamanı baş verən iğtişaşlar nəticəsində 118 polis və 60-a yaxın etirazçı xəsarət alıb.
"Far.Az" "India Today"ə istinadən xəbər verir ki, bu barədə paytaxt polisi məlumat yayıb.
Qeyd olunub ki, xəsarət alanlar arasında elit polis xidmətinin beşdən çox zabiti də var.
"Etirazçılar aqressiv davranıb, zorakılığa əl atıblar. İki polis avtobusuna hücum edilib, Canpat prospektindəki mağazalar talan olunub, nümayişçilər polis əməkdaşlarına daş və digər əşyalar atıb, genişmiqyaslı zorakılıq hərəkətlərinə yol veriblər. Talanlar nəticəsində 15-20 dövlət nəqliyyat vasitəsinə ziyan dəyib. Nümayişin dağıdılması cəhdi polislə toqquşmalara gətirib çıxarıb. Operativ tədbirlər nəticəsində 70-dən çox şəxs saxlanılıb", - məlumatda qeyd edilib.
Polisdən bildirilib ki, qanunazidd hərəkətlərdə və zorakılıqda iştirak edən bütün şəxslərə qarşı sərt tədbirlər görüləcək.
Qeyd olunub ki, yürüşlər və etiraz aksiyaları bütün Maharaştra ştatında keçirilir, hakimiyyətin hərəkat liderləri ilə danışıqları isə nəticəsiz başa çatıb. İyulun 20-si səhər saatlarında Dehli polisi aksiya iştirakçılarına qarşı dəyənək və gözyaşardıcı qaz tətbiq edib. Aksiya imtahan materiallarının sızması və tibb imtahanının təxirə salınması ilə bağlı qalmaqaldan sonra CJP hərəkatı tərəfindən keçirilir. Təşkilatçıların sözlərinə görə, aksiya 40 min fəalı birləşdirib.
Oxşar xəbərlər
Xankəndi şəhərində hərbçilərin yürüşü başa çatıb
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı
Sumqayıtda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü başlayıb
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
-
Konfrans Liqası: "Neftçi" və "Dinamo"nun start heyətləri açıqlandı













