Oğuzhan Uğurla bağlı yeni iddia: 2017-ci ildə oğurluq araşdırması aparılıb
AHBAP Fondu ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunan "Babala TV"nin yaradıcısı Oğuzhan Uğurun 2017-ci ilə aid hüquqi qeydlərində oğurluq ittihamı üzrə araşdırmanın yer aldığı məlum olub.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Məlumata görə, İstanbul məhkəmə informasiya sistemi (UYAP) qeydlərində Oğuzhan Uğur barəsində "üstündə və ya əlində daşınan əşyanın xüsusi üsulla götürülməsi yolu ilə oğurluq" maddəsi üzrə araşdırma aparıldığı göstərilir.
Bildirilir ki, həmin araşdırma Bakırköy Respublika Prokurorluğu tərəfindən aparılıb. Sonradan iş üzrə cinayət təqibinə xitam verilməsi (takipsizlik) barədə qərar qəbul olunub. Nəticədə iş məhkəməyə göndərilməyib və cinayət təqibi davam etdirilməyib.
Xatırladaq ki, Oğuzhan Uğur AHBAP Fondu ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib. Ona zəlzələ dövründə etdiyi paylaşımlar və şirkətin hesabı üzrə maliyyə əməliyyatları ilə əlaqədar "xidməti etibardan sui-istifadə" və "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" ittihamları irəli sürülüb.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













