Çempionlar Liqası: "Sabah" ilk oyunda "KuPS"a qalib gəlib - YENİLƏNİB-3
Far.Az xəbər saytı

Çempionlar Liqası: "Sabah" ilk oyunda "KuPS"a qalib gəlib - YENİLƏNİB-3


UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Sabah" "KuPS"a (Finlandiya) qalib gəlib.

"Far.Az" xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda "bayquşlar" 1:0 hesablı qələbəyə seviniblər.

Qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.

Qeyd edək ki, tərəflər arasında cavab matçı iyulun 28-də Finlandiyada keçiriləcək. Cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Sabah" - "KuPS" (Finlandiya) oyununda ikinci hissə başlayıb.

"Far.Az" xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda "bayquşlar" hesabda irəlidədirlər - 1:0.

45-ci dəqiqədə Velko Simiç fərqlənib.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Sabah" - "KuPS" (Finlandiya) oyununda ilk qol vurulub.

"Far.Az" xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda "bayquşlar" hesabı açıblar - 1:0.

45-ci dəqiqədə Velko Simiç fərqlənib.

Bununla da Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Sabah" - "KuPS" (Finlandiya) oyunu başlayıb.

"Far.Az" xəbər verir ki, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.

Matçın baş hakimi polşalı FIFA referisi Lukaş Kujmadır.

Xatıradaq ki, cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib - YENİLƏNİB-5
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Çempionlar Liqası: "Sabah" - "KuPS" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər