Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir
"Mediacell" istifadəçilərinə 5 GB mobil internet hədiyyə təqdim olunur
Azərbaycan milli mətbuatının tarixi 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə ilk milli mətbu orqan olan "Əkinçi" qəzetinin nəşri ilə başlayır. Ötən 150 ildən artıq dövr ərzində milli mətbuatımız cəmiyyətin maariflənməsində, ictimai dəyərlərin təşviqində və ölkədə baş verən proseslərin işıqlandırılmasında mühüm rol oynayıb.
Bu əlamətdar gün münasibətilə Azercell "Mediacell" tarifinin istifadəçilərinə hədiyyə olaraq 5 GB həcmində mobil internet paketi təqdim edir. Hədiyyə internet paketindən aktivləşdirildiyi tarixdən etibarən 30 gün müddətində istifadə etmək mümkündür.
Ətraflı məlumat üçün: Media Günü
"Azercell Telekom" MMC Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, cəmiyyətin obyektiv və operativ məlumatlandırılması istiqamətində göstərdikləri peşəkar fəaliyyəti yüksək qiymətləndirir.
Şirkət işğaldan azad edilmiş ərazilərdə peşə fəaliyyətini yerinə yetirərkən şəhid olmuş jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun əziz xatirəsini ehtiramla yad edir.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Milli mətbuatın banisi Həsən bəy Zərdabinin vəfatından 118 il ötür
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat vəsait ayrılır
-
Azərbaycanlı aparıcı ailə qurdu
-
Paşinyan Ermənistanda sülh prosesi ilə bağlı "bədbin əhval-ruhiyyə"nin qidalandırıldığını etiraf edib













