"AccessBank" Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi
"AccessBank" 22 İyul – Milli Mətbuat Günü münasibətilə ölkənin aparıcı media nümayəndələri üçün Şamaxıya xüsusi səfər təşkil edib.
Tədbirin məqsədi jurnalistlərin cəmiyyətin məlumatlandırılmasında oynadığı mühüm rola ehtiramı ifadə etmək, həmçinin Bank ilə media arasında formalaşmış səmərəli əməkdaşlığı daha da möhkəmləndirmək olub.
"Ulduzlar altında sözün işığına yığışdıq" şüarı ilə keçirilən tədbir çərçivəsində iştirakçılar üçün intellektual oyun təşkil olunub. Daha sonra media nümayəndələri Şamaxı Astrofizika Rəsədxanasını ziyarət edərək Azərbaycanın aparıcı elmi mərkəzlərindən birinin fəaliyyəti və burada həyata keçirilən elmi tədqiqatlarla tanış olublar. Axşam saatlarında isə jurnalistlər teleskop vasitəsilə ulduzları və gecə səmasını müşahidə etdilər.
Tədbir media nümayəndələri üçün səmimi mühitdə ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq və Milli Mətbuat Gününü fərqli konsepsiyada qeyd etmək imkanı yaradıb.
"AccessBank" media ilə açıq dialoqa və qarşılıqlı etimada əsaslanan əməkdaşlığa xüsusi önəm verir. Bank peşəkar jurnalistikanın cəmiyyətin inkişafında oynadığı rolu yüksək qiymətləndirir və media ilə uzunmüddətli tərəfdaşlığını gələcəkdə də uğurla davam etdirməyi hədəfləyir.
Dəyərli media nümayədələri, peşə bayramınız mübarək!
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
ABŞ ordusu İrana aviazərbələr endirib













