Ayaqda keyimə nə vaxt təhlükəli sayılır?
Far.Az xəbər saytı

Ayaqda keyimə nə vaxt təhlükəli sayılır?


Ayağın keyiməsi çox vaxt uzun müddət eyni vəziyyətdə oturmaqdan qaynaqlansa da, bəzi hallarda ciddi sağlamlıq probleminin əlaməti ola bilər.

Far.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, narahat vəziyyətdə uzun müddət qalmaq sinirlərin müvəqqəti sıxılmasına səbəb olur. Mövqeyi dəyişdikdən və bir qədər hərəkət etdikdən sonra keyimə adətən qısa müddətdə aradan qalxır.

Lakin ayaqda keyimə tez-tez təkrarlanırsa, gəzərkən və ya gecə yuxu zamanı yaranırsa, sinir sıxılması, fəqərəarası disk yırtığı, qan dövranı və ya qalxanabənzər vəz problemləri kimi səbəblərlə əlaqəli ola bilər.

Mütəxəssislər bildirirlər ki, keyimə ilə yanaşı yanğı hissi, beldən ombaya və ya ayağa yayılan ağrı, əzələ zəifliyi və ayağın hərəkətində çətinlik yaranarsa, vaxt itirmədən nevroloqa müraciət etmək lazımdır.

Həkim müayinəsi zamanı simptomların səbəbi müəyyən edilir və zərurət olduqda əlavə müayinələr təyin olunur. Erkən diaqnoz və müalicə problemin ağırlaşmasının qarşısını almağa kömək edir.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər