Rubio: İranın Hörmüz boğazı ilə bağlı tələbləri "çox təhlükəli presedent" yaradır
Far.Az xəbər saytı

Rubio: İranın Hörmüz boğazı ilə bağlı tələbləri "çox təhlükəli presedent" yaradır


İranın Hörmüz boğazına nəzarət etmək və keçid üçün ödəniş almaq tələbləri dünya iqtisadiyyatına, eləcə də gəmiçiliyin azadlığı prinsipinə təhlükə yaradır.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.

M.Rubio qeyd edib ki, əgər hər hansı dövlətə beynəlxalq su yoluna nəzarət etməyə, keçid üçün ödəniş almağa və ödənişdən imtina edildiyi təqdirdə gəmiləri məhv etməyə icazə verilərsə, bu, dünyanın digər regionlarında da təkrarlana biləcək "çox təhlükəli presedent" yaradacaq.

Onun sözlərinə görə, İranın dəstəklədiyi Yəmən husilərinin Bab-əl-Məndəb boğazında ticarət gəmilərinə hücum etmək təhdidləri ilə əlaqədar ABŞ Səudiyyə Ərəbistanının nümayəndələri ilə təmasları davam etdirir:

"Bu problemin mərkəzində İran dayanır. Regionda sakitliyi pozan əsas tərəfdən danışırıqsa, bu, İrandır", - Rubio qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər