ABŞ İranın Buşehr və Hörmüzqan əyalətlərinə zərbələr endirib
Far.Az xəbər saytı

ABŞ İranın Buşehr və Hörmüzqan əyalətlərinə zərbələr endirib


İran Buşehr əyalətinin bir sıra rayonlarının ABŞ-nin zərbələrinə məruz qaldığını bildirib.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Buşehr əyaləti administrasiyası rəhbərinin siyasi və sosial məsələlər üzrə müavini Ehsan Cəhaniana istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ hərbçiləri Dəşti rayonundakı əraziyə zərbə endiriblər. Bundan başqa, Çoğadək şəhərinə də hücum qeydə alınıb.

"Bu hücumun səbəb olduğu partlayış tələfata yol açmayıb", - Cəhanian deyib.

Eyni zamanda, Hörmüzqan əyalətinin nümayəndəsi Əhməd Muradi "Tasnim" agentliyinə bildirib ki, ABŞ-nin son iki gecə ərzində İranın cənubuna endirdiyi zərbələr nəticəsində azı 7 nəfər ölüb.

Oxşar xəbərlər

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər