Xmara: Ukrayna Rusiyaya zərbələri genişləndirmək üçün yeni həllər hazırlayır
Ukrayna müdafiənin gücləndirilməsi strategiyası çərçivəsində Rusiya ərazisinə uzaqmənzilli zərbələrin miqyasını genişləndirmək və Rusiyaya texnoloji təzyiqi davam etdirmək niyyətindədir.
"Far.Az" xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin səlahiyyətlərini icra edən Yevgeni Xmara ölkə Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapatı ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib.
"Birlikdə prezidentin tapşırığını yerinə yetirə və Müdafiə Qüvvələrimizin maksimum səmərəliliyi üçün şərait yarada biləcəyik", - o sosial şəbəkələrdə yazıb.
Y.Xmara işin əsas istiqamətləri sırasında texnologiyaların inkişafını, ordunun uzaqmənzilli məhvetmə vasitələri ilə təmin edilməsini, "deep strike", "middle strike" proqramlarının genişləndirilməsini, həmçinin ukraynalı hərbçilərin qorunmasını qeyd edib.
O həmçinin bildirib ki, Ukrayna Müdafiə Nazirliyi və Baş Qərargahı Rusiyanı uzunmüddətli sülhə məcbur etməyə yönəlmiş praktiki addımlar hazırlayır: "Həmçinin baş komandanla gələcəyə dair baxışlarımızı müzakirə etdik. Prezident Volodimir Zelenski bizim baxışımızı dəstəklədi".
Oxşar xəbərlər
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Xankəndi şəhərində hərbçilərin yürüşü başa çatıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib













