Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişinin təsdiqlənməsi üçün şərti açıqlayıb
Far.Az xəbər saytı

Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişinin təsdiqlənməsi üçün şərti açıqlayıb


ABŞ Səudiyyə Ərəbistanının "İbrahim sazişləri"nə qoşulacağı təqdirdə krallıqla mülki nüvə enerjisi sahəsində sazişi təsdiqləməyə hazırdır.

"Far.Az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"ABŞ-nin Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı arasında bağlanan və İran, BƏƏ və digər ölkələrdə mövcud olan proqramlara bənzər şəkildə yalnız atom enerjisinin dinc məqsədlərlə istifadəsinə aid olan mülki nüvə enerjisi sazişi (nüvə materialının zənginləşdirilməsnə icazə verilməyəcək!) təsdiqlənəcək", - o qeyd edib.

Bununla yanaşı, o vurğulayıb ki, sazişin yekun təsdiqi tamamilə Səudiyyə Ərəbistanının "İbrahim sazişləri"nə qoşulmasından asılı olacaq.

"Birləşmiş Ştatlar mülki (uran zənginləşdirilmədən) nüvə enerjisi obyektlərinin yaradılmasına etiraz etmir", - Tramp əlavə edib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
"İbrahim sazişləri" yenə gündəlikdə - Yaxın Şərqdə yarana biləcək yeni mənzərə - ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər