Azərbaycandakı universitetlərin birinə magistr qəbulu LƏĞV EDİLDİ
Far.Az xəbər saytı

Azərbaycandakı universitetlərin birinə magistr qəbulu LƏĞV EDİLDİ


2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planında Naxçıvan Müəllimlər İnstitutu nəzərdə tutulmayıb.

Far.Az Modern.az-a istinadən xəbər verir ki, ötən il institut üzrə magistraturaya 30 plan yeri ayrıldığı halda, bu il qəbul planı sıfıra endirilib. Beləliklə, Naxçıvan Müəllimlər İnstitutunda magistratura səviyyəsi üzrə qəbul planı ötən illə müqayisədə 100 faiz azalıb.

Məlumat üçün qeyd edək ki, 2026-cı tədris ili üzrə magistratura səviyyəsinə qəbul planında Muxtar Respublikada yerləşən digər ali təhsil ocağı - Naxçıvan Dövlət Universiteti üzrə artım qeydə alınıb. Belə ki, universitet üzrə magistraturaya qəbul planı 299 yerdən 355 yerə yüksəlib ki, bu da 56 yer və ya 18.73 faiz artım deməkdir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
DİM magistratura səviyyəsi üzrə qabiliyyət imtahanları keçirir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər