Azərbaycan Belarusda irimiqyaslı sənaye sərgisində iştirak edəcək
Azərbaycan "İNNOPROM. Belarus" beynəlxalq sənaye sərgisində iştirak edəcək.
"Far.Az" xəbər verir ki, bu barədə BELTA informasiya agentliyi Belarus Ticarət və Sənaye Palatasının (BelTSP) sədri Mixail Myatlikova istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Qazaxıstan sərgidə iştirak etmək üçün ekspozisiyaların hazırlanmasına başlayıblar.
Myatlikov xatırladıb ki, sərgi 30 sentyabr-2 oktyabr tarixlərində Minskdə keçiriləcək.
"Ötən il bu tədbir ilk dəfə keçirildi və dünyanın 24 ölkəsindən 14 min peşəkar ziyarətçini - biznes nümayəndələrini bir araya gətirdi. Bu il biz artıq proqramın hazırlanmasına başlamışıq. Əgər ötən il Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistandan ekspozisiyalar təqdim olunmuşdusa, bu il Rusiya, Azərbaycan və Qazaxıstandan da müraciətlər daxil olub və ekspozisiyalar hazırlanır", - o bildirib.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Konfrans Liqası: "Neftçi" və "Dinamo"nun start heyətləri açıqlandı
-
Sürücü skuterə görə ana ilə uşağını avtobusdan düşürdü - Tədbir görüləcək
-
Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub
-
Bakıda dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
-
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununda üçüncü qol vurulub
-
İş adamı Zirə sakininin atasından qalma 12 hektar torpağını əlindən alıb?













