İrlandiya bu il Ukraynaya 125 milyon avro yardım ayıracaq
Far.Az xəbər saytı

İrlandiya bu il Ukraynaya 125 milyon avro yardım ayıracaq


İrlandiya bu il üçün Ukraynaya 125 milyon avro məbləğində yeni ikitərəfli dəstək paketi ayırır.

"Report" İrlandiya hökumətinin saytına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Mixol Martinlə xarici işlər və ticarət naziri Helen Makenti bu gün bəyan ediblər.

Məlumata görə, bu dəstəyə Ukraynaya öldürücü olmayan hərbi avadanlıqların tədarükü üçün 100 milyon avro, həmçinin qış ərəfəsində mühüm infrastrukturun, xüsusən də enerji infrastrukturunun bərpası və mühafizəsinə dəstək üçün 25 milyon avro daxildir.

Qeyd edək ki, İrlandiyanın Baş naziri bu gün səhər saatlarında Kiyevə səfər edib.

Xatırladaq ki, İrlandiya xeyli ukraynalı qaçqın qəbul edən Avropa ölkələri sırasındadır. 2022-ci ilin fevralından bəri Dublin həmçinin Kiyevə 550 milyon avrodan çox yardım ayırıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər