Nigeriyada vəba epidemiyası qurbanlarının sayı 200-ə çatıb
Nigeriyanın şimal-şərq hissəsində yerləşən Borno ştatında yayılan vəba epidemiyası səbəbindən azı 198 nəfər həyatını itirib. Bununla yanaşı, infeksiyaya yoluxanların ümumi sayı 35 min 500 nəfəri ötüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Premium Times" nəşri yerli hakimiyyət orqanlarının və "Sərhədsiz Həkimlər" (MSF) beynəlxalq tibbi təşkilatının rəsmi məlumatlarına əsaslanaraq məlumat yayıb.
May ayının başlanğıcında qeydə alınan epidemiya çərçivəsində MSF iyulun 12-dək vəbaya şübhəli bilinən 24 mindən artıq xəstəyə tibbi xidmət göstərib. Həmin şəxslərin 25 faizindən çoxu xəstəxanaya ağır vəziyyətdə gətirilib. İnfeksiyanın qarşısını almaq məqsədilə təşkilat hazırda 17 oral rehidrasiya məntəqəsi, 5 müalicə şöbəsi və 2 ixtisaslaşmış mərkəzin fəaliyyətinə dəstək verir.
"Sərhədsiz Həkimlər" təşkilatından bildirilib ki, xəstəliyin yayılma sürəti həyata keçirilən qabaqlayıcı tədbirləri üstələməkdə davam edir. Vəziyyətin bu cür kəskinləşməsinə əsas səbəb kimi keyfiyyətli içməli suyun olmaması, qeyri-qənaətbəxş sanitariya şəraiti və insanların tibbi xidmətlərə çıxışının məhdudluğu vurğulanır.
Xatırladaq ki, iyunun ortalarında BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi Borno ştatı üzrə 12 mindən çox yoluxma və 90 ölüm halı barədə hesabat vermişdi. İyul ayının əvvəllərində isə yerli hökumət MSF-in yaxından iştirakı ilə 2 milyon 600 mindən artıq insanı əhatə edən kütləvi vəba peyvəndi kampaniyasını icra edib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
"Rövşənoğlu Agro" - "YARA" şirtkəti ilə birgə yerli fermerlər üçün ixtisaslaşmış seminar təşkil etdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücü skuterə görə ana ilə uşağını avtobusdan düşürdü - Tədbir görüləcək
-
Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub
-
Bakıda dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
-
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununda üçüncü qol vurulub
-
İş adamı Zirə sakininin atasından qalma 12 hektar torpağını əlindən alıb?
-
ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərini aradan qaldıra bilər













