Aİ sanksiyalardan yayınmaq üçün Kulevidəki NEZ-ə tələbləri yerinə yetirməyə 6 ay vaxt verib
Avropa İttifaqı (Aİ) Gürcüstanın Kulevi limanındakı neft emalı zavodunda əməliyyatların aparılmasına qadağanın tətbiqini altı ay təxirə salmaq qərarına gəlib ki, zavodun sahibləri Brüsselin tələblərini yerinə yetirsin, sanksiya siyahısına daxil edilməkdən yayınsınlar.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa Komissiyasının yüksəkvəzifəli nümayəndəsi bildirib.
Aİ 21-ci sanksiyalar paketi çərçivəsində ilk dəfə olaraq birbaşa neft emalı müəssisələri ilə əməliyyatlara qadağa tətbiq edir. Kulevi limanı artıq sanksiyalar siyahısına daxil edilib, lakin məhdudiyyətlər yalnız yarım ildən sonra qüvvəyə minəcək.
Avropa Komissiyasının nümayəndəsinin sözlərinə görə, qərar müzakirələrdən sonra obyekt sahiblərinin Aİ-ni narahat edən problemləri aradan qaldırmağa hazır olduqlarını bildirməsi ilə əlaqədardır:
"İlk dəfə olaraq altı aylıq möhlət nəzərdə tutduq. Əgər heç nə dəyişməsə, yarım ildən sonra obyektə münasibətdə tranzaksiyalara qadağa qüvvədə olacaq. Lakin biz artıq razılaşdırılmış tədbirlərin həqiqətən həyata keçiriləcəyinə əmin olmaq istəyirik".
Bu müddət başa çatdıqdan sonra Avropa Komissiyası Aİ dövlətlərinə öhdəliklərin yerinə yetirilməsinə dair qiymətləndirməni təqdim edəcək, bundan sonra Aİ Şurası ya qadağanın tətbiqi, ya da zavodun yekun sanksiyalar siyahısına daxil edilməsindən imtina barədə qərar qəbul edə biləcək.
Möhlət müəssisə üzərindəki təzyiqi saxlamağa imkan verir, eyni zamanda Aİ-nin tələbləri tam yerinə yetirildiyi təqdirdə, sanksiyalardan yayınmaq imkanı qalır.
Oxşar xəbərlər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Dövlət Xidməti Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücü skuterə görə ana ilə uşağını avtobusdan düşürdü - Tədbir görüləcək
-
İş adamı Zirə sakininin atasından qalma 12 hektar torpağını əlindən alıb?
-
ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərini aradan qaldıra bilər
-
Hüquqşünas alimə cinayət işi açıldı
-
Azərbaycanda tikinti sektorunda qiymət sabitliyi iyunda da qorunub
-
ABŞ Konqresi 1,15 trilyon dollarlıq müdafiə büdcəsini təsdiqləyib













