Ağdamda başlayan yanğın daha da genişlənib – YENİLƏNİB
Ağdamda başlayan yanğın daha da genişlənib.
"Far.Az"un Qarabağ bürosunun xəbərinə görə, yanğın küləyin təsirilə Baş Qərvənd, Bayramlar, Şıxlar və Göytəpə kəndlərinin ərazilərinə də yayılıb.
Hazırda FHN-in Ağdam yanğınsöndürən bölməsinin şəxsi heyəti hadisə yerində alovun qarşısını almağa çalışır.
Xatırladaq ki, Ağdam ərazisində baş verən yanğın hadisəsi rayonun Sarıcalı və Kəngərli kəndlərinin ərazisində qeyd alınıb. Sarıcalı kəndində açıq ərazidə baş vermiş yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Qurumdan "Far.Az"a verilən xəbərə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Binəqədidə güclü yanğın tam söndürülüb - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
Nazir: "Binədə, Xırdalanda, Masazırda məktəbdəki sıxlıq problemini həll etmişik"
-
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
-
Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA
-
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
-
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq













