İranın bəzi şəhərləri ABŞ-nin hava hücumuna məruz qalıb
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın hərbi hədəflərinə növbəti gecə zərbələrini endirib.
"Far.Az" xəbər verir ki, bu barədə CENTCOM "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Bu, İranı məsuliyyətə cəlb etmək və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kommersiya gəmiçiliyi üçün yaratdığı təhdidləri azaltmaq məqsədi daşıyan ardıcıl 13-cü gecə zərbələridir", - məlumatda bildirilib.
ABŞ-nin Bəndər Abbas limanına hücumu nəticəsində iki nəfər yaralanıb. "Tasnim"də yayılan məlumata görə, Bəndər Abbasın zərər çəkmiş ərazilərinin elektrik enerjisi təchizatında da problemlər yaranıb. "Hücum nəticəsində elektrik dirəklərindən biri qırılıb, həmçinin hadisə yerində elektrik naqili yararsız vəziyyətə düşüb", - Hörmüzqan vilayətinin Fövqəladə Hallar İdarəsindən vurğulanıb.
Xuzistan vilayətinin Əhvaz, Əndimeşk və Omidiyə şəhərləri zərbələrə məruz qalıb.
Həmçinin Luristan vilayətinin Haram şəhərində hücuma məruz qalmış obyekt partlayıb.
Partlayış səsləri Xəndab, Təft, Şirkuh, Anarak, eləcə də Bürucərd, Cask və Kənark şəhərlərində qeydə alınıb. Dağıntı və insan tələfatı barədə məlumat verilmir.
Daha əvvəl Qeşm adasının da raket hücumuna məruz qaldığı bildirilib.
Oxşar xəbərlər
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
"Fars": ABŞ-nin İrana zərbələri nəticəsində 7 nəfər ölüb, xəsarət alanlar var – YENİLƏNİB-3
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Fövqəladə Hallar Nazirliyi Bakı Sağlamlıq Mərkəzində təlim keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK
-
Bakının bəzi hissəsində internet kəsildi
-
Bilgəhdəki çimərlik zibildən təmizləndi
-
Çin Aİ-nin 14 təşkilatını ixrac nəzarəti tətbiq olunan ölkələrin siyahısına daxil edib
-
Aleksandr Sokolov: Rusiyanın Kirov vilayətində raket hücumu zamanı 6 nəfər ölüb
-
Abbas Əraqçi Qırğızıstanda səfərdədir













