"Fars": ABŞ-nin İrana zərbələri nəticəsində 7 nəfər ölüb, xəsarət alanlar var – YENİLƏNİB-3
ABŞ-nin Bəndər Xomeyniyə hücumu nəticəsində yeddi nəfər ölüb, daha doqquz nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Məlumata görə, xilasetmə xidmətləri və tibb işçiləri yaralılara yardım göstərir. Bəndər-Abbas və Lars arasında nəqliyyat məhdudiyyətlərlə bərpa edilib və sürücülərə bu marşrutla hərəkət etməmək tövsiyə olunur.
Agentlik daha əvvəl amerikalıların Bəndər-Xomeyni şəhərinə zərbələr endirdiyini bildirib. Hücum nəticəsində iki körpü zədələnib.
ABŞ-nin İranın cənubuna hava hücumları nəticəsində iki nəfər ölüb, daha dörd nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb.
Daha əvvəl ABŞ-nin Bəndər-Abbas limanının dəmir yolu qovşağına hücumu zamanı iki nəfərin xəsarət aldığı bildirilib.
Cümə axşamı ABŞ Silahl Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı növbəti zərbələri başladığını elan edib. İran mediası Bəndər-Abbas və Qeşm adası yaxınlığında bir sıra partlayışlar barədə məlumat yayıb. Həmçinin Əhvaz, Buşehr, Bəndər-Xomeyni və İranşəhr hava limanı da hücuma məruz qalıb.
ABŞ Silahlı Qüvvələri İranın Bəndər-Abbas limanındakı dəmir yolu qovşağına hücum edib.
"Report"un məlumatına görə, bu barədə YJC agentliyi xəbər verib.
Məlumata görə, hücum nəticəsində iki nəfər xəsarət alıb.
İyulun 16-da ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı növbəti hücumların başladığını elan edib. İran mətbuatı Bəndər-Abbas və Qeşm adası yaxınlığında bir sıra partlayışlar barədə məlumat yayıb. Həmçinin Əhvaz, Buşehr, Bəndər-Xomeyni və İranşəhr hava limanı da hücumlara məruz qalıb.
ABŞ qırıcı təyyarələrdən istifadə edərək, İranın İranşəhr hava limanına raket zərbəsi endirib.
"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. IRIB teleradio şirkətinin məlumatına görə, hücum nəticəsində yanğın baş verib, bir nəfər yaralanıb. Hava limanına elektrik enerjisinin verilişi dayandırılıb və yanğın lokallaşdırılıb.
Məlumata görə, yaxınlıqdakı ərazinin sakinləri üç partlayış səsi eşidiblər. Hava limanının infrastrukturuna dəyən ziyan və ya itki barədə hələ məlumat yoxdur.
Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Amerika hərbçilərinin İrana qarşı növbəti zərbələrə başladığını bildirib. İran mediası Bəndər-Abbas, Bəndər-Xomeyni və Qeşm adası yaxınlığında bir sıra partlayışların olduğunu xəbər verib.
Oxşar xəbərlər
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İçməli su küçəyə axır - Sakinlərdən şikayət
-
Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır"
-
Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR
-
Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik"
-
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
-
Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib













