Aİ İranda insan hüquqlarının ciddi şəkildə pozulmasına görə daha 6 nəfərə sanksiya tətbiq edib
Far.Az xəbər saytı

Aİ İranda insan hüquqlarının ciddi şəkildə pozulmasına görə daha 6 nəfərə sanksiya tətbiq edib


Avropa İttifaqı (Aİ) Şurası İranda insan hüquqlarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyan 6 nəfərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

"Far.Az"un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa Komissiyası xəbər verib.

Qeyd olunub ki, sanksiya siyahısına dini azlıqların nümayəndələri və siyasi dissidentlər, o cümlədən Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi barəsində hökm çıxaran İran inqilab məhkəmələrinin beş hakimi daxil edilib.

Bundan başqa, iranlı haker və kompüter mühəndisi, "Ashiyane" kiberqrupunun təsisçisi Nima Salehiyə qarşı da sanksiyalar tətbiq edilib. Aİ-nin məlumatına görə, qrup FATA kiberpolisi və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əməkdaşlıq edir, eləcə də opponentlərə, eləcə də xarici təşkilatlara qarşı kiberhücumlarda əli var.

Yeni məhdudiyyətlər nəzərə alınmaqla, Aİ sanksiyaları hazırda İranda 269 fiziki şəxsə və 53 təşkilata şamil edilir. Bu sanksiyalar aktivlərin dondurulmasını, Aİ ərazisinə daxil olmağa qadağanı, həmçinin onlara maliyyə vəsaitlərinin və iqtisadi resursların verilməsinin qadağan olunmasını nəzərdə tutur.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Nərgiz" Ticarət Mərkəzində təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər