Rusiya ordusunun zərbələri nəticəsində Kiyev vilayətində ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB
Kiyev vilayətinə endirilən zərbə nəticəsində ölənlərin sayı 10-a çatıb, 100-ə yaxın insan yaralanıb.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Ruslan Kravçenko bildirib.
"Rusiya yenidən Kiyev vilayətinə raket zərbəsi endirib. 10 nəfər həlak olub, 100-ə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Məlumatlar dəqiqləşdirilir", - açıqlamada bildirilir.
Kiyev Vilayət Hərbi Administrasiyasının məlumatına görə, zərbə Ukrayna müdafiə sənayesi nümayəndələrinin iştirakı ilə tədbirlərin keçirildiyi özəl poliqonun ərazisinə endirilib.
Zərbələr üç ballistik raketdən istifadə olunmaqla endirilib, onlardan birini Ukrayna tərəfi vura bilib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyev vilayətinə endirdiyi raket zərbəsi nəticəsində, ilkin məlumatlara görə, altı nəfərin öldüyün, daha onlarla insanın yaralandığını bildirib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri öz "Telegram" kanalında yazıb.
"Hazırda Rusiya raketlərinin zərbəsindən sonra Kiyev vilayətində xilasetmə əməliyyatı davam edir. İndiki vaxta olan məlumata görə, onlarla yaralının olduğu məlumdur. Təəssüf ki, altı nəfər həlak olub. Onların doğmalarına və yaxınlarına başsağlığı verirəm", - V. Zelenski yazıb.
Daha əvvəl bildirilmişdi ki, Rusiya Silahlı Qüvvələri Kiyevə raket zərbəsi endirib.
Oxşar xəbərlər
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
"Aston Villa" "Çelsi"nin cinah hücumçusu Alexandro Qarnaçonun transfer edib
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK
-
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
-
Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
-
"Tasnim": ABŞ ordusu Qeşm adasına raket hücumu edib













